10:45 21.10.2021 4767

Mahir Emreli tənqid olundu: "Ehtiyatda qalmalıdır"

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III tura start veriləcək.

Fanat.Az xəbər verir ki, C qrupunda mübarizə aparan milli futbolçumuz Mahir Emrelinin klubu "Legiya" Neapolda "Napoli"nin qonağı olacaq. 

Oyunöncəsi mətbuat konfransında Varşava təmsilçisinin baş məşqçisi Çeslav Mixineviçin çıxışı "Legiya.net" saytında dərc olunub. 

Azarkeşlər isə portalın şərh bölməsində mütəxəssisin fikirlərinə, bugünkü oyun və Mahir Emreliyə münasibət bildiriblər. 

Azarkeşlərdən biri, "Mahir Emrelini ehtiyat oyunçular skamyasında saxlamaq lazımdır. Onun məqsədi biz azarkeşlərə bəllidir: tezliklə başqa kluba getmək. Bizim klub onun üçün müvəqqəti tramplindir. Aydın məsələdir ki, AL-də parlayıb "Legiya" ilə sağollaşacaq. 

İnanın əgər sabah hansısa top klub, məsələn "Napoli", ya da "Lester" ona 2-3 milyon təklif etsə və "Legiya" da buna etiraz bildirsə, Mahir klub üçün heç nə etməyəcək. 

Avropa Liqasından sonra Emreli gedəcək. Bizim ölkə və klub onun üçün maraqlı deyil", - deyə fikir bildirib. 

Başqa bir "Legiya" azarkeşi isə Mahir haqda bunları yazıb: "Mən əminəm ki, Mahiri öz heyətində görmək üçün tanınmış klublar 2-3 milyon deyil, daha çox pul verməyə hazırdır. "Napoli"yə qarşı keçiriləcək oyundan sonra onun dəyəri daha da artacaq.

Bizə xal lazımdır, Mahir isə hazırda ən sərrast futbolçudur. O, gələcəkdə hansısa kluba keçəcəyini gizlətmir. Lopez və Kostors Mahirin səviyyəsində olan futbolçular deyil. Baxaq görək Mahir sabah (red. bu gün) necə oynayacaq". 

Xatırladaq ki, bir müddət öncə Mahir Emreli açıqlamasında "Hamı mənim klubdan tezliklə getmək istədiyimi düşünür. Bəli, müqaviləm bitəndə özümü başqa klubda sınaya bilərəm. Harda və kimin üçün oynadığımı yaxşı bilirəm. Hazırda "Legiya"dayam və klubun uğurları üçün vuruşuram.", - deyə fikir səsləndirib. Onun bu sözləri isə bir çox "Legiya" azarkeşi tərəfindən birmənalı qarşılanmayıb.

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
14:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:28

Xəlil Bəşirov karyerasını bu klubda davam etdirəcək

14:10

"Sumqayıt" yeni transferini açıqladı

13:53

İkinci Liqanın püşkü atılır

13:35

Bakı klubunun futbolçuları hələ də maaşlarını ala bilməyiblər

13:17

KL: Bu gün 2 oyun keçiriləcək

12:59

Neymar qalmaqal yaratdı, klub prezidenti onu "təlxək" adlandırdı - VİDEO

12:41

Hakan Çalhanoğlu "İnter"dən ayrılır?

12:22

AL: Azərbaycan klublarının "hazırlaşdırdığı" "Ferenstvaroş" ÇL-dən qovulan Polşa təmsilçisinə qarşı

12:03

"Qarabağ" iki oyunun nəticəsinə görə "Dinamo Kiyev"ə qalib gələ bilər"

11:45

Mourinyu "Qalatasaray" ilə "Beşiktaş"ı məyus etdi

11:26

Bölgə təmsilçisi Bakıda hazırlıq keçəcək

10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

Facebookdan bizi izləməyi unutmayın.
X