Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək LASK (Avstriya) – HJK (Finlandiya) oyununun hakim-inspektoru olacaq.
Oyun dekabrın 9-da Avstriyanın Klaqenfurt şəhərində baş tutacaq.