19:54 02.12.2021 464

Futbolda fərqli oyun üslubları

Uğur qazanmağa çalışan hər bir futbol komandasının və onu çalışdıran mütəxəssisin müəyyən bir oyun üslübü və oyun tərzi mövcuddur. Futbol təkmilləşdikcə müxtəlif üslublar yaranmış və müasir dövrümüzdə istfadə olunmaqdadır. Tarix göstərir ki, xaotik futbol heç bir zaman uğur qazanmayıb. Bu möhtəşəm oyuna müəyyən bir prizmadan yanaşmaq lazımdır. 

Oyun üslubu - komanda tərəfindən seçilmiş oyun sisteminin istifadə olunması üsuludur. Oyun sisteminin necə qurulması oyun tərzinin seçimindən və komandanın ümumi səviyyəsindən asılıdır. Bununla yanaşı, oyun tərzinin seçilməsinə və uyğunlaşmasına ciddi təsir edən fərqli iqlimlər və digər amillər də var.

Klub ənənələri və ya məşqçinin şəxsi üstünlüklərindən asılı olaraq müxtəlif komandalar çox vaxt tamamilə fərqli üslublardan istifadə edirlər.

Fanat.Az bu materialda futbolda istifadə olunan fərqli oyun üslublarını təsvir etməyə çalışacaq.

Hücum futbolu

1. Cəld oyun (Sürətli hücum qurma)

Bu üslubu "vur və qaç" kimi bir anlayışla qarışdırmaq olmaz. Cəld oyun komandanın topu mümkün qədər tez irəli istiqamətləndirdiyinə görə "vur və qaç"a bənzəyir, ancaq ondan fərqli olaraq topu hücumu tez bir zamanda tamamlaya biləcək futbolçuya yönləndirmək lazımdır. Əlbəttə ki, bunu səhfsiz və ağıllı şəkildə etmək mütləqdir. "Vur və qaç" isə o deməkdir ki, top komanda yoldaşının onu qəbul edə biləcəyi ümidi ilə irəli göndərilir. Yəni hələ məlum deyil, hücum baş tutacaq, yoxsa yox. Cəld oyun rəqibin müdafiəsində yaranan problemlərdən dərhal istifadə üçün nəzərdə tutulub. Məsələn, müdafiəçinin hücumdan sonra cinahdan çıxması nəticəsində yaranan boşluq zamanı istfadə olunur. "Vur və qaç" tərzi isə rəqibin müdafiəsinin tez-tez sərbəst olub-olmamasından asılı olmayaraq, topun irəli, komanda yoldaşına yönəldilməsidir. Hər iki halda nəticə gözləmək mümkündür, lakin planlaşdırılmış şəkildə daha effektiv olur.

2. Konstruktiv oyun

Bu üslub istedadlı ifaçıları olan komandalar tərəfindən istifadə olunur. Bu, meydan boyunca çox sayda ötürmənin metodiki istifadəsindən, çox vaxt orta sahə və hətta müdafiə xəttindən başlayan oyundan ibarətdir. Məqsəd sərbəst zonadan və qol vurmaq imkanından istifadə etmək mümkün olana qədər topu saxlamaqdır. Bu üslub yüksək texniki bacarıq tələb edir. Çünki hücumdakı son qərar, bir qayda olaraq, "partlayıcı" xarakterə malikdir və çox vaxt topun itirilməsi ilə nəticələnir.

3. Əks-hücum

Bu oyun üslubundan istifadə edən komandalar rəqiblərə, meydanın mərkəzinə və hətta onlara aid hissəsinə hərəkət etməyə xüsusilə, qarşı tərəfin təzyiq göstərən oyunçularını arxaya ( meydanın özünə aid hissəsinə) çəkməyə imkan verir. Rəqib topu itirən kimi, müdafiə olunan komanda mümkün qədər tez və dəqiq hücum etməyə çalışır. Adətən bu, rəqibin müdafiəsini yaran uzun ötürmənin köməyi ilə edilir. Belə tərzin istifadəsində mükəmməlliyə nail olmaq üçün qeyri-adi ustalıq səviyyəsi tələb olunmur. Məsələn, İngiltərənin "Tottenhem" klubu sabiq baş məşqçisi Maurisio Poçettinonun başçılığı altında, çıxış etdiyi turnirdən asılı olmayaraq bu üslubdan daha çox istfadə edirdi.

4. Total futbol

Əfsanəvi Hollandiya millisinin 70-ci illərdə istifadə etdiyi oyun tərzini təsvir etmək üçün istifadə olunan bir termindir. Total futbolu tədbiq etmək üçün komandada yüksək texniki və fiziki hazırlıqlı oyunçuların xidmətindən faydalanmaq vacibdir. Həmçinin futbolçuların bir-birini əvəz etmək bacarığının olması da nəzərə alınmalıdır. Hücum zamanı oyunçular meydana səpələnirlər və daim yerlərini dəyişirlər ki, bu da rəqibin müdafiəsində xaos yaradır və qarşı tərəfin işini son dərəcə çətinləşdirir.

 

Müdafiə futbolu 

1. Qapalı müdafiə

Müdafiənin daima qapalı olmasına görə belə adlanır. Adətən 4-4-2 düzülüşündə, zona müdafiəsi prinsipindən istifadə edən dörd müdafiəçi ilə baş tutur. 4 müdafiəçidən ibarət bu blok meydandakı vəziyyətdən asılı olaraq, eyni vaxtda irəli və geri hərəkət etməlidir. Burada oyunçuların qarşılıqlı əlaqəsi və bir-birlərini anlaması böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bu müdafiə üsulundan istfadə edən komandanın daha çox sərbəst zonası olur ki, bu da yaxşı nəticələnmir.

2. Pressinq

Bu oyun tərzini "hücum müdafiəsi" adlandırmaq olar. "Hücum müdafiəsi"nə güvənən komandalar topun harada yerləşməsindən asılı olmayaraq, onu maksimum tez və rəqib qapısına mümkün qədər yaxın istiqamətdə almağa çalışırlar. Bu, digər müdafiəçilərin eyni zamanda rəqib oyunçularına təzyiq yaratması üçün irəli getmələrini tələb edir. Belədə, həm də rəqibin oyunu, süni ofsayd vəziyyətinə görə tez-tez pozulur.


3. Zəif təzyiq

Bu, komandaların rəqib futbolçularını hücuma (öz qapılarına tərəf) "dartaraq" tədbiq etdikləri tərzdir. Top itirildikdə, komanda meydanın özünə aid hissəsinə çəkilir və rəqib orta xətti keçməyə çalışanda onlara hücum etməyə başlayır. Bu oyun tərzi əks-hücum üslubuna banzəyir.

Müxtəlif oyun tərzləri 

1. Britaniya üslubu

Mübarizədəki aqressiya və dayanmadan hərəkət Britaniya futbolunun xarakterik xüsusiyyətləridir. Çox vaxt komandalar matç boyu oyun sürətini və tempini dəyişmir, həmişə yüksək sürəti qoruyurlar. Komandaların əksəriyyəti birbaşa rəqibin cərimə meydançasına göndərilən uzun ötürmələri üstün tuturlar. Bu oyun tərzi sadədir və köhnəlməsinə baxmayaraq, statistik cəhətdən çox əlverişlidir. Oyunçuların ayrı-ayrılıqda meydanda daha çox iş görməsi tələb olunur. Top alındıqdan sonra dərhal rəqibin qapısında gərginlik yaranması nəzərdə tutulur. Standart müddəalar - oyunun ən vacib komponentlərindən biri künc zərbələri, cərimə zərbələri və autlardan top bir qayda olaraq, birbaşa rəqibin cərimə meydanına yönəldilir. Məşqlər zamanı bunlara xüsusi vaxt ayrılır. Belə üslubun gözəl bir nümunəsi 80-ci illərin İrlandiya millisidir. Kaskarino kimi hündür hücumçular müdafiəçilərin irəli yönləndirdiyi ötürmələr üçün hər zaman mübarizəyə hazır idilər.

2. Norveç üslubu

Norveç üslubu Britaniya üslubuna çox bənzəyir, lakin bəzi incə fərqləri də qeyd etmək lazımdır. Əvvəlcə bu üslub oyunçuların məhdud imkanlarından maksimum yararlanmaq və sərt hava şəraitinin öhdəsindən gəlmək üçün yaradılmışdır. Bundan əlavə, Egil Olsenin milli komandaya baş məşqçi təyin olunması (1990 - 1998) üslubun formalaşmasında böyük rol oynayıb. Məşqçi oyun statistikasının ətraflı təhlilinə ciddi yanaşırdı. Onun məşqçiliyi dövründə qolların 91 faizi 5 və daha az ötürmələrin kombinasiyası nəticəsində vurulub.

3. İtaliya futbolu

Belə tərz İtaliyanın özündə hücumun ləng və ehtiyatla təşkil olunması, müdafiədə amansız sıx oyun ilə xarakterizə olunur. İtaliya komandaları müdafiə oyununa görə tez-tez tənqid olunurlar. Bu üslubda oyun müdafiə və yarımmüdafiələr arasındakı çoxlu sayda ötürmə və topu saxlamağa kömək edən hücumçuların tez-tez geri dönməsi ilə formalaşır. Məqsəd rəqibin işini mümkün qədər çətinləşdirmək və onu topsuz qoyaraq yormaqdır. İtalyanlar hücumun təşkilini adətən "dispetçer" adlanan "10" nömrəli mərkəz yarımmüdafiəçisinə (məsələn, Alessandro Del Pyero) həvalə edirlər. 

4. Cənubi Amerika futbolu

1970-ci ildə Braziliyanın və 1978-ci ildə Argentinanın möhtəşəm komandaları bu üslubun böyük turnirlərdə necə effektiv olduğunu nümayiş etdiriblər. Braziliyanın nümayiş etdirdiyi oyun dəqiq qısa ötürmələrin, kreativ driblinqlərin, əla texnikanın və individual keçidlərin və ya ötürmə ilə qəflətən müdafiəni yarmaq bacarığının vəhdəti idi. Ancaq bu üslubla Braziliya millisi 1970-ci ildən 1994-cü ilə qədər dünya çempionatlarında qalib gələ bilməmişdir. Bunun əsas səbəbi istedadlı futbolçuların vahid komanda oyunu təşkil edə bilməməsi idi. Cənubi Amerika futbolçularının Avropada çıxışları alqışlanır və onların nümayış etdirdiyi komanda oyunu uğurlu hesab olunur. Bir sözlə, Cənubi Amerika oyunu üslubunda, futbola məxsus olan hər şey var və oyun boyu bunların hamısını görmək mümkündür.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:31

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

21:00

"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

20:20

Buffon bu matçın təkrar keçirilməsini istəyir: "Hər şey başqa cür ola bilərdi"

19:57

"Difai Ağsu" "Mingəçevir"i meydana çıxdığına peşman etdi

18:45

Osimhen bu iki klubdan birinə keçəcək - SON DURUM

18:10

AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldı

17:50

"Arsenal" ulduzunu bu qiymətə satmağa qərar verdi

17:33

"Heç-heçə ideal nəticədir" - Rodriqo

17:14

De Boskenin yeni iş yeri bəlli oldu

16:55

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastların adları bilindi

16:26

Verner və Devis üçün mövsüm bitdi

16:07

"Onu gətirə bilsək, əla seçim olacaq" - "Bayern"in prezidenti namizəd məşqçinin adını açıqladı

15:50

"Biz uğura daha çox acıq" - Emre Can

15:29

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

15:10

AÇ-2024: Belçika millisi Kurtua ilə bağlı yekun qərarını açıqladı

14:42

"Atalanta" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə...

14:25

"Bütün rəqiblər Mbappeni "bağlamaq" istəyirlər, amma..." - "Borussiya"nın baş məşqçisi

14:07

Jorjinyonun aqibətinin necə olacağı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X