"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-offundakı rəqibi "Olimpik Marsel" qapıçısını daha bir kluba təklif edib.
Fanat.az "Foot Mercato"ya istinadən xəbər verir ki, əvvəlki mövsümlərə az şans qazanan Stiv Mandanda "Monako" və "Sent-Etyen"in ardından "Nits" klubuna təklif edilib:
“Hazırda qapıçı axtarışında olan "Nits" onunla müqavilə bağlamaqda maraqlıdır. Ancaq gələn yay Valter Benitesin mümkün gedişini gözləyən Riviera klubunda təkcə Mandanda diqqət çəkmir, klub paralel olaraq həm də "Beşiktaş"ın perspektivli qapıçısı Ersin Destanoğlunun keçidini həll etmək üzərində işləyir".