UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşləri baş tutub.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Hər iki matçda qonaqlar minimal hesablı qalibiyyət əldə edib.
Portuqaliya "Portu"su öz meydanında Fransa "Lion"una, İspaniya "Betis"i isə Almaniya "Ayntraxt"ına uduzub.
Qeyd edək ki, bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Xatırladaq ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.
Avropa Liqası, 1/8 final
İlk oyunlar
9 mart
"Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) 1:2
Qollar: Nabil Fekir, 30 - Filip Kostiç, 14, Daiti Kamara, 32
"Portu" (Portuqaliya) - "Lion" (Fransa) 0:1
Qol: Lukas Paketa, 59