Avropa Liqasının 1/8 final mərhələsində "Barselona"nı mübarizədən kənarlaşdıracağı halda, "Qalatasaray" böyük məbləğdə mükafat alacaq.
Fanat.Az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Burak Elmas oyundan öncə komanda ilə görüşüb və onların matça yaxşı köklənməsinə yardımçı olmağa çalışıb.
Klub başqanı oyunçulara 650 min avro mükafat ayırdığını bildirib.
Qeyd edək ki, bu gün "NEF Stadionu"nda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Tərəflərin Kataloniyadakı ilk dueli qolsuz bərabərliklə başa çatıb.
Nihat