Səudiyyə Ərəbistanında keçiriləcək Formula 1 Dünya Çempionatı yarışının ilk məşqi zamanı yaxınlıqda partlayış baş verib.
Fanat.Az xəbər verir ki, Ciddədəki yarış treki yaxınlığında baş verən raket hücumu nəticəsində partlayış nəhəng tüstü buludu ilə müşaiyət olunub.
Yəmənli üsyançılar trek yaxınlığındakı Aramco neft obyektinə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Partlayış ilk məşq zamanı eşidilib və məşqin son dəqiqələri canlı yayımlanarkən alov kameralara da düşüb.