Bu gecə UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.
Almaniyada "Ayntraxt"ın qonağı olan "Barselona" cütün taleyini ilk görüşdə həll edə bilməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də olacaq.
Avropa Liqası, 1/4 final
İlk oyunlar
7 aprel
20:45. "Layptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) 1:1
Qollar: Davide Dzappakosta, 58-öz qapısına. - Muriel, 17.
23:00. "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya) 1:1
Qollar: Knauff, 48. - Ferran Torres, 66.
23:00. "Vest Hem" (İngiltərə) - "Olimpik Lion" (Fransa) 1:1
Qollar: Jerrod Bouen, 52. - Tanquy Ndombele, 66.
23:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) 1:0
Qol: Abel Ruis, 40.