Mayın 20-də PSJ-dən ayrılan Anxel Di Mariya Paris təmsilçisi ilə müddəti 2025-ci ilə qədər olan yeni müqavilə imzalayan Kilian Mbappedən danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" onun söylədiklərini belə çatdırıb:
"Məncə, Kilian düzgün qərar qəbul etdi. O, gəncdir. Hələ "Real Madrid"də oynamağa vaxt tapacaq. Yeni müqaviləsi üçillikdir. PSJ ilə anlaşmasının müddəti başa çatan zaman onun cəmi 26 yaşı olacaq.
Tarix yazmaq Mbappenin xoşuna gəlir. Qalıbsa, deməli, PSJ-nin uğurlarında böyük pay sahibi olmağa davam edəcək. 2025-ci ildə "Real"a keçəcəkmi? Dəqiq deyə bilmərəm. Madriddəkilər mürəkkəb admlardır. Amma Kilian öz istedadı hesabına onlarla dil tapa bilər".
Nihat