PSJ ilə müqavilə müddətini artıran hücumçu Kilian Mbappe rəhbərlikdən heyəti gücləndirməyi xahiş edib.
Fanat.Az xəbər verir ki, informasiya "Bild" nəşrinə məxsusdur.
Nüfuzlu Almaniya nəşrinin məlumatına görə, futbolçu Fransa çempionlarının "Barselona"nın cinah oyunçusu Usman Dembele və "Monako"nun yarımmüdafiəçisi Orelien Tçuameni ilə müqavilə imzalamasını istəyir.
Maraqlıdır ki, Tçuameni artıq "Real Madrid" ilə ilkin danışıqlar aparıb, lakin Mbappe onun PSJ düşərgəsinə keçidini təşkil etsə, bununla Kilian ikinci dəfə Madrid klubunun planlarını pozmuş olacaq.
Emin