"Sabah"dan ayrılan Slavik Alxasovun yeni klubu bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, cinah müdafiəçisi "Zirə" ilə anlaşıb.
Konfrans Liqasına vəsiqə qazanan qəsəbə təmsilçisi 29 yaşlı müdafiəçinin keçidini yaxın günlərdə elan edəcək.
Qeyd edək ki, Slavik Alxasov “Sabah”dan başqa, “Neftçi”, “Sumqayıt”, “Xəzər Lənkəran” və “Keşlə”nin (indiki “Şamaxı”) də formasını geyinib.
Mirağa