“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “Fehervar”la iyulun 28-də baş tutacaq matça saat 20:00-da start veriləcək.
Bu barədə “Qəbələ”nin rəsmi saytı məlumat yayıb. Qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.
Xatırladaq ki, iyulun 21-də Macarıstandakı “Mol Arena”da baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.