"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kipr “Aris”inin baş məşqçisi Aleksey Şpilevski klubun TV kanalına müsahibə verib.
Fanat.Az-ın məlumatına görə, 34 yaşlı belaruslu mütəxəssis "Neftçi" ilə oyuna hazırlıqdan danışıb:
“Neftçi” bizimlə eyni vəziyyətdədir. Onların da yeni baş məşqçisi var və hazırlığa bu günlərdə başlayıblar. "Neftçi” ilə görüşlərə qədər daha 2-3 oyunçu almaq niyyətindəyik.
Bu mərhələnin oyunlarına 100 faiz hazır olmaq çətin olur. Amma motivasiya var. Əgər matça tam hazır olmasaq belə, axıradək mübarizə aparacağıq. Həmin görüşlərə son oyunumuz kimi çıxacağıq”.
Qeyd edək ki, UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda olacaq.