20:28 29.06.2022 201

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

“Qəbələ” 2022/2023-cü illər mövsümünə hazırlığın ilkin mərhələsini başa vurub. 

Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" Qəbələdə təşkil olunan ikihəftəlik təlim-məşq toplanışını yekunlaşdırıb.

Bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev iyunun 15-də start götürən hazırlıq barədə fikirlərini klubun rəsmi saytına bölüşüb:

“İkihəftəlik Qəbələ toplanışı planlaşdırdığımız kimi keçdi. Sevindiricidir ki, futbolçular istirahətdən yaxşı vəziyyətdə, artıq çəkisiz dönmüşdülər. İlk günlərdə formanın aşağı olması bizi təəccübləndirmədi. Bu, gözlənilən idi. Amma ümumilikdə futbolçular məşqlərdə səy göstərib daha optimal formaya çatmağa çalışırlar. İlkin mərhələ üçün fikrimizdəkiləri yerinə yetirə bildik. Əlbəttə, heyətin daha yaxşı komplektləşməsini istəyərdik. Amma bizdən asılı olmayan məsələlər var ki, onların da üzərində işləyirik. Qarşıdakı günlərdə istədiyimiz oyunçuların da komandaya qoşulacağına inanıram”.
 
42 yaşlı mütəxəssis komandanın yeni transferləri, Türkiyə toplanışı və UEFA Konfrans Liqasındakı rəqib - “Fehervar” barədə də danışıb: “Yeni oyunçular Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santosun uyğunlaşma ilə bağlı ümumi məşq prosesində və kənarda çətinlik çəkdiklərinə inanmıram. Çünki “Qəbələ”də sadəcə komanda deyil, bir ailə formalaşıb. Adaptasiya uzun çəkməyəcək. 

Qarşıda ikihəftəlik Türkiyə toplanışı var. Bu, komandaya daha çox taktiki planda lazımdır. Bu iki matçda komandanın optimal formaya yaxınlaşacağına inanıram. “Fehervar”  barədə müəyyən məlumata sahibik. Qarşıdakı günlərdə daha detallı analiz aparacağıq. Çünki çempionat bitib, hələ heyətdəki dəyişikliklər dəqiqləşməyib. Rəqibin indiki oyunlarına da baxmaq lazımdır”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 May 2024
17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

16:14

İstanbul nəhəngi "Çelsi" ilə anlaşdı - SON DURUM

15:55

Azarkeşlər Palmeri seçdilər

15:36

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

15:17

"Barselona"da fikir ayrılığı: Laporta və Deku Xavi ilə razılaşmadılar

14:58

"Qorxmuruq, kimə qarşı oynadığımızın fərqindəyik" - Manuel Noyer

14:40

Bölgə klubunda radikal dəyişiklik - Əsgər Abdullayev də gedir

14:21

DİN və DTX əməkdaşları AFFA-da

14:05

"Qapıya 31 zərbə endirsək də..." - Enrikedən emosional məğlubiyyət şərhi

13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:50

KL: Bu gün ilk finalçının adına aydınlıq gələcək - YENİLƏNİR

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

09:00

ÇL: İkinci finalçı "Real", yoxsa "Bayern" olacaq? - YENİLƏNİR

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

18:45

"Bayern" Pepin ürəyində xüsusi yerə sahibdir" - Qvardiolanın agentiəri açıqlama yaydı 

18:17

"Bizi maraqlı dönəm gözləyir" - "Liverpul"un kapitanı Slot barədə danışdılar

17:51

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

17:31

Braziliya millisinin sabiq hücumçusu həbs olundu

17:08

İngiltərə nəhəngi Sudakovu bu qiymətə alır

Facebookdan bizi izləməyi unutmayın.
X