Azərbaycan şahmatçısı Vasif Durarbəyli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Prezident Kubokunda çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster 8-ci turda qara fiqurlarla qazaxıstanlı Azamat Uteqaliyevi məğlub edib.
Növbəti turda ermənistanlı Hayk Martirosyanla qarşılaşan Durarbəyli bu dəfə dueldən xalsız ayrılıb.
Hazırda 5,5 xalı olan şahmatçımız liderdən 1 xal geri qalmaqla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Vasif 10-cu turda "qaralar"la Qazaxıstanın digər təmsilçisi Alişer Süleymanovla üz-üzə gələcək.
Qeyd edək ki, turnirdə ümumilikdə 62 şahmatçı mübarizə aparır.