19:28 02.11.2022 699

"Həm məni narahat edir, həm də komandanın üzərində təzyiq yaradır" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Keçmişə qayıtmaq istəmir, uğursuz seriya haqqında düşünmürük. Hazırda yalnız sabahkı matçı fikirləşirik. Bütün fikrimiz bu oyundadır. Qarşımızda intizamlı, güclü komanda var. Ona görə də istəyirik ki, tam gücümüzlə matça köklənək".
 
O, görüşün mahiyyətini yaxşı dərk etdiklərini söyləyib: "Qrupda məğlubiyyəti olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik".
 
Qurbanov zədəli futbolçuların durumundan da söz açıb: "Bədavi Hüseynov oynamayacaq. Leandro Andrade də zədəlidir. Qara Qarayev isə hələlik komanda ilə məşq etmir".
 
"Frayburq"un artıq liderliyi təmin etməsinə toxunan təcrübəli mütəxəssis deyib ki, komanda lazımi nəticəni əldə edəndə daha rahat oynayır: "Bəzən isə xal lazım olan komandada gərginlik daha çox olur. Biz daha çox öz oyunumuzu fikirləşirik. Görək, hansı heyətlə çıxacaqlar və necə oynayacaqlar".
 
Baş məşqçinin sözlərinə görə, son vaxtlar psixoloji durum barədə çox danışılır: "Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. "Nant"la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandı. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişk. Hamımız birlikdə rəqiblərə qalib gələ bilərik. Anma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır".
 
Qurbanov "Frayburq"la qarşılaşmanı 2017/18 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində Danimarka "Kopenhagen"inə qarşı keçirdikləri matçla müqayisə edib: “Əslində bu, mənim üçün elə də asan deyil. İlkləri əldə etmək çox yaxşı hissdir. Ad olaraq Çempionlar Liqasının qrupunda oynamaq daha yaxşı kimi görünsə də, mən bu oyunu ondan zəif saymıram. Həyəcan, təbii ki, həmişə olur. Amma biz artıq müəyyən qədər təcrübəli komandaylq. Sabahkı oyuna tam ciddiyətlə hazırlaşırıq".
 
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Avqust 2026
01:43

Super Liqa: "Beşiktaş"a 1 qol bəs etdi

01:22

La Liqa: "Espanyol" darmadağına sevindi

16 Avqust 2026
23:42

“Şəfa”ya qarşı oynamaq daha çətin idi” - Rəşad Sadıqov

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

Facebookdan bizi izləməyi unutmayın.
X