Tokio 2020 Yay Olimpiya Oyunlarının medal sıralamasında tarixdə ən pis göstəricisi ilə yadda qalan Azərbaycan komandası keçmiş SSRİ ölkələri arasındakı anti-rekordu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, ölkəmiz Atlanta 1996 və Afina 2004-də olduğu kimi bu sıralamada 8-ci yerdə qərarlaşıb.
Ölkəmiz Sidney 2000, Pekin 2008 və Rio 2016-da altıncı olubsa, London 2012-də beşinci nəticə göstərib.
Qeyd edək ki, idmançılarımız Tokio 2020-ni 3 gümüş, 4 bürünc medalla tamamlayıb. Ümumi sıralamadakı mövqeyimiz hətta bir "gümüş" qazandığımız Atlanta 1996-dan da geri qalır. Müstəqil ölkə kimi qatıldığımız ilk Olimpiadada 61-ci yeri tutmuşduqsa, bu dəfə 67-ci pillədə qərarlaşmışıq.
Sahib Əsədbəyli