Misli Premyer Liqasının 33-cü turunun mərkəzi oyununda "Neftçi" səfərdə "Qarabağ"la üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb turun əsas görüşü barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" üç turdu qələbə qazana bilmirdi. Yəqin ki, bu da klubun texniki heyətini qayğılandırmaya bilməzdi. Potensial olaraq, "Qarabağ"ın heyətinə baxsaq, "Neftçi"dən güclü olduğunu görə bilərik. Bunu demək üçün mütəxəssis olmaq lazım deyil. "Qarabağ"ın qələbə qazanmasını gözləmək olardı. "Neftçi"nin mərkəz və cinah müdafiəsi darmadağın edildi. "Neftçi"nin bu oyundan xal götürməsi "Qarabağ"dan asılı idi. Yəni, Ağdam klubu bu oyuna da laqeyd yanaşsaydı, bəlkə onda "Neftçi"nin qələbə qazanması mümkün olardı".
Nahid Ustaclı