"Leypsiq"in yarımmüdafiəçi Ksaver Şlaqer çox ağır zədə alıb.
Fanat.Az xəbər verir ki, Bundesliqa klubu futbolçusu ilə bağlı açıqlama yayıb.
“Hoffenhaym”la heç-heçə (1:1) bitən matçda Şlaqer dizində yaranan problemə görə meydanı tərk etmək məcburiyyətində qalıb. O, bu həftə İnsbrukda əməliyyat keçirəcək və bir neçə ay oynaya bilməyəcək.
Ksaver Şlaqer Avstriya milli komandasında 43 matçda iştirak edib. Ralf Ranqnikin rəhbərlik etdiyi Avstriya yığması AÇ-2024-ün qrup mərhələsində Fransa, Polşa və Niderland ilə qarşılaşacaq.