09:42 05.09.2021 1045

Tokio 2020 bitdi: Azərbaycan neçənci oldu?

Tokio 2020 Yay Paralimpiya Oyunlarında son yarış günü də arxada qalıb.

Fanat.Az xəbər verir ki, yekunda daha 15 dəst medalın taleyinə aydınlıq gəlib. Azərbaycan idmançılarının mübarizə aparmadığı gündə Çin, ABŞ, Yaponiya, İndoneziya komandaları boğçalarına hərəyə iki, İsveçrə, Avstraliya, Mərakeş, Cənubi Koreya, Slovakiya, Honkonq və Fransa yığmaları bir qızıl medal əlavə ediblər.

Bu nəticələr milimizin sıralamadakı mövqeyinə təsir göstərməyib. Komandamız 14 qızıl, 1 gümüş və 4 bürünc medalla XVI Yay Paralimpiya Oyunlarını 10-cu pillədə başa vurub.

Çin birinci (95 "qızıl", 60 "gümüş", 51 "bürünc"), Böyük Britaniya ikinci (41 "qızıl, 38 "gümüş", 45 "bürünc"), ABŞ üçüncü (37 "qızıl", 36 "gümüş", 31 "bürünc" ), Rusiya Paralimpiya Komitəsi dördüncü (36 "qızıl", 33 "gümüş", 49 "bürünc"), Niderland beşinci, (25 "qızıl", 17 "gümüş", 17 "bürünc"), Ukrayna altıncı (24 "qızıl", 47 "gümüş", 27 "bürünc"), Braziliya yeddinci (22 "qızıl", 20 "gümüş", 30 "bürünc"), Avstraliya səkkizinci (20 "qızıl", 28 "gümüş", 30 "bürünc"), İtaliya doqquzuncu olub (14 "qızıl", 29 "gümüş", 26 "bürünc").

Ümumilikdə 86 ölkə medal qazanıb. Onlardan 62-si baş mükafata sahib çıxa bilib.

Qeyd edək ki, Azərbaycan Tokio 2020 Yay Paralimpiya Oyunlarında 45 proqram üzrə 34 idmançı ilə təmsil olunub. 

Komandamıza qızıl medalları Şəhanə Hacıyeva, Sevda Vəliyeva, Xanım Hüseynova, Dürsədəf Kərimova, Vüqar Şirinli, Hüseyn Rəhimli (hamısı cüdo), Həmid Heydəri, Elvin Astanov, Lamiyə Vəliyeva, Orxan Aslanov (hamısı atletika), Vəli İsrafilov və Roman Saley (hər ikisi üzgüçülük)
qazandırıb. Sonuncu üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Yeganə "gümüş" Lamiyə Vəliyevanın (atletika), bürünc mükafatlar isə Pərvin Məmmədov (pauerliftinq), Namiq Abbaslı, İlham Zəkiyev (hər ikisi cüdo) və Səid Nəcəfzadənin (atletika) sayəsində əldə olunub.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 May 2024
20:35

MPL: "Qarabağ" "Neftçi"yə qalib gəlir - YENİLƏNİR

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:50

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

01:25

İPL: "Everton" səfərdə büdrədi

00:57

Tur "sülh"lə start götürdü

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X