Futbolçu onu meydandan çıxaran məşqçini döydü - VİDEO
Şotlandiya Çelenc kubokunun oyununda dava düşüb. Fanat.Az xəbər verir ki, futbolçu öz komandasının məşqçisini vurub.
Hadisə "İnverness" - "Peterhead" oyununda baş verib. Qarşılaşmanın 2-ci dəqiqəsində qol vuraraq hesabı açan Liam Polvort 87-ci dəqiqədə meydandan çıxarılıb. Bu zaman qəzəblənən futbolçu komandasının köməkçi-məşqçisi Suott Kellaçerin üzərinə hücum çəkərək onu yumruqlamağa başlayıb. Gənc futbolçunu ehtiyat oyunçular skamyasındakı komanda yoldaşları çətinliklə sakitləşdirib.
Qeyd edək ki, oyun "İnverness"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.