
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orxus" (Danimarka)-"Sabah" oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:10-da başlayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə bakı klubu məlumat yayıb.
Buna səbəb Orhus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.
Məlumat üçün "Orhus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunları "Randers" stadionunda keçirilir.