
“Turan Tovuz” yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Qərb təmsilçisi serbiyalı Filip Damyanoviçi heyətinə cəlb edib. Müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qoruyan 28 yaşlı futbolçu vətənində “İMT Novi Beoqrad”, “Vojdovats” Türkiyədə “Konyaspor”un formasını geyinib.
Qeyd edək ki, Premyer Liqanın bürünc mükafatçısı Damyanoviçdən əvvəl Dioqu Balau, Aleksey Kenyaykin və Stiv Beusnardı transfer edib.