İngiltərə Premyer Liqasında VIII turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, lider "Mançester Siti" "Stok Siti"ni qəbul edib.
Oyun Mançester təmsilçisinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qabriel Xesusun dubl etdiyi oyunda David Silva, Raheem Sterlinq, Fernandinyo, Leroy Sane və Leroy Sane hərəyə bir qol vurub. "Stok Siti" isə Mame Biram Dioufun qoluna və Kile Ualkerin avtoqoluna sevinib.
"Mançester Yunayted"in "Liverpul"la oyunda xal itkisindən yararlanan "Mançester Siti" vahid liderliyi ələ alıb. "Şəhərlilər" hazırda 22 xalla turnir cədvəlinə başçılıq edir və əsas rəqibi olan həmşəhərlilərini 2 xal qabaqlayır.
Fanat.Az