"Real" İspaniya La Liqasının VIII turunda səfərdə "Xetafe" ilə qarşılaşıb. Fanat.Az xəbər verir ki, oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 39-cu dəqiqədə Kərim Benzema açıb. 56-cı dəqiqədə Molina bərabərliyi təmin edib. 85-ci dəqiqədə isə Kriştiano Ronaldo qələbə qolunu vurub.
Həm Benzema, həm də Ronaldo cari mövsümdə La Liqada 4-cü oyununu keçirib və ilk qolunu vurub.
"Real" bununla La Liqa tarixində ardıcıl 13 səfər qələbəsi qazanan ilk klub olub.
Fanat.Az