Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub. Fanat.Az xəbər verir ki, B qrupunda yer alan PSJ "Anderlext"in qonağı olub.
Oyun Paris klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. PSJ-nin qollarına Kilian Mbappe, Edinson Kavani, Neymar və Angel Di Mariya imza atıb.
Qrupun digər oyununda "Bavariya" "Seltik"i 3:0 hesabı ilə yenib. Alman klubunun heyətində Tomas Muller, Coşuşa Kimmix və Mats Hummels fərqlənib.
Fanat.Az