Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub. Fanat.Az xəbər verir ki, D qrupunda mübarizə aparan "Barselona" doğma meydanda "Olimpiakos"u qəbul edib.
Kataloniya klubu 42-ci dəqiqədən azlıqda qaldığı oyunda 3:1 hesablı qələbə qazanıb. Matçın əvvəlində Dimitrios Nikolaunun avtoqoluna sevinən "Barselona"dan Lionel Messi və Lukas Digne fərqlənib. "Olimpiakos"un təsəlli qoluna isə avtoqolun müəllifi Dimitrios Nikolau imza atıb.
Qrupun digər oyununda "Yuventus" "Seltik" üzərində çətin qələbə qazanıb. 12-ci dəqiqədə Aleks Sandronun avtoqolu Turin klubunu hesabda geri salıb. 29-cu dəqiqədə Miralem Pyaniç bərabərliyi təmin edib. 84-cü dəqiqədə isə Mario Mandzukic qələbə qolunu vurub.
Fanat.Az