
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti yayıb.
Baş məşqçi Faiq Qarayev 14 voleybolçunun xidmətindən faydalanacaq.
Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova
Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Baş məşqçinin köməkçiləri Emin Əbilov, Ziya Rəcəbov, Famil Ağayev olacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda təmsilçimiz İsveç və Estoniya seçmələri ilə münasibətlərinə aydınlıq gətirəcək.