
"Fənərbağça" Nqolo Kante, Vedat Muriqi və Sidiki Şeriflə bağlı açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, 2026-cı il dünya çempionatından sonra istirahətini başa vuran Kante tibbi müayinədən keçib və komanda ilə birgə məşqlərə başlayıb.
İstanbul təmsilçisi Sidiki Şerifin isə son məşqdə hiss etdiyi ağrılar səbəbindən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qornik Zabrze" ilə revanş matçı üçün heyətə daxil edilmədiyini açıqlayıb.
Həmçinin zədəsi davam edən yeni transfer Vedat Muriqi də ÇL matçı üçün heyətə daxil edilməyib.
Klub futbolçuların vəziyyətinin tibbi heyət tərəfindən yaxından izlənildiyini bildirib.
Qeyd edək ki, "Fənərbağça" ilk oyunda "Qornik Zabrze" üzərində 1:0 hesablı qələbə qazanıb.
Əlisahib İbrahimli