
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu komanda İsveç ilə qarşılaşıb.
İsveçin Lund şəhərində baş tutan görüş rəqibin 3:0 (25:14, 25:17, 25:20) hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Azərbaycan seçməsi ilk görüşdə Yunanıstana da 0:3 hesabı ilə uduzub.