"Qarabağ"ın sabiq futbolçusu, Reynaldonun meneceri kimi tanınan Boyan İliçin bugünlərdə Azərbaycana gəlişi bir çox suallara səbəb olmuşdu. Düzdür, hazırda Marko Veşoviçin meneceri olan serbiyalı sabiq klubunun bazasını ziyarət edib. Onun agenti barədə də klub rəhbərliyi ilə danışıq aparacağı güman olunurdu. Ancaq Boyanın budəfəki gəlişinin əsas məqsədi başqadı.
Fanat.Az-a daxil olan məlumata görə, o, Azərbaycana daha bir futbolçu gətirir.
Söhbət "Çukariçki"nin forvardı İbrahima Ndiayedən gedir. "Neftçi" və "Sabah"ın maraq dairəsində olan 28 yaşlı seneqallı hücumçunun qış fasiləsində Masazır təmsilçisinə keçəcəyi bildirilir.
Qeyd edək ki, Ndiayenin karyerasınn böyük hissəsi məhz Serbiyaya aiddir. O, 2012-ci ildən bu ölkə klublarında çıxış edir. Yalnız 2017/2018-də qısa müddət Danimarka klubu "Randers"də top qovub. Bu mövsüm o, "Çukariçki"nin heyətində 17 matça çıxıb və 3 qol vurub.
Mirağa