Amerikanın Foksboro şəhərində MLS oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, "İnter Mayami" səfərdə "New England Revolution"a 4:1 hesabı ilə qalib gəlib.
Elə ilk dəqiqədə hesabda geri düşən Lionel Messinin komandası möhtəşəm geridönüş edib.
32-ci dəqiqədə argentinalı hücumçu hesabı bərabərləşdirib. İkinci hissənin ortalarında Messi ispaniyalı yarımmüdafiəçi Serxio Busketsin ötürməsi ilə dubl edib. Son dəqiqələrdə isə "İnter Mayami" rəqibini daha 2 dəfə meydanın mərkəzinə dəvət edib ki, həm Benha Kremaşi, həm də yekun nəticəni müəyyənləşdirən Luis Suares Messinin ötürməsi ilə fərqləniblər.
Beləliklə, argentinalı ulduz bu görüşdə dubla imza atıb və iki məhsuldar ötürmə edib. Hesabında 9 qol olan Messi bombardir yarışında liderdir.
Hazırda "İnter Mayami" 11 matçdan sonra 21 xalla MLS turnir cədvəlində birinci yerdədir.