“Sabah” heyətinə yeni futbolçu qatdığını açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimovu transfer edib.
27 yaşlı oyunçu 2 illik müqaviləyə imza atıb.
Son klubu "Sumqayıt" olan Mütəllimov daha öncə “Qəbələ” (2016 - 2018) və “Zirə”də (2015/2016, 2017 - 2020) çıxış edib.
Qeyd edək ki, T. Mütəllimovun "Sabah"a keçəcəyi ilə bağlı informasiyanı ilk olaraq Fanat.Az yayıb.