Bu yay Almaniyada keçirələcək futbol üzrə Avropa çempionatı zamanı 1600-dən çox böyük britaniyalı fanatın ölkəni tərk etməsi qadağan ediləcək.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, qeyri-adekvat davranışları səbəbindən adları qeydə alınan həmin azarkeşlərdən hansısa qitə birinciliyi keçirilərkən Almaniyada olacağı halda, 6 aylıq həbs cəzası alacaq və ya böyük məbləğdə cərmələnəcək.
Xatırladaq ki, AÇ-2024 14 iyun - 14 iyul aralığında baş tutacaq. İngiltərə Sloveniya, Danimarka və Serbiya ilə eyni qrupda mübarizə aparacaq.
Nihat