İngiltərə Premyer Liqasının 33-cü turunda "Liverpul" doğma meydanda "Kristal Pelas"a məğlub olub.
Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki, mersisaydlılar ardıcıl 9-cu ev matçında qol buraxaraq, antirekordlarını təkrarlayıblar.
“Qırmızılar” 1996 və 1999-cu illərdə də oxşar seriyaya malik olub.
Xatırladaq ki, “Liverpul” öz meydanında “Kristal Pelas”a 0:1 hesabı ilə sensasion şəkildə uduzub. Bu uğursuzluqdan sonra Yurgen Kloppun yetirmələri 71 xalla üçüncü pillədə qərarlaşıb. Mersisaydlılar lider “Mançester Siti”dən 2 xal geri qalır.
"Liverpul" Avropa Liqasının 1/4 final mərhələsində növbəti oyununu “Atalanta”ya qarşı keçirəcək.
Mirağa