Almaniya Futbol İttifaqı millinin baş məşqçisi Yulian Nagelsmann ilə müqavilə yeniləyib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis müddəti 2026-cı ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
O, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının sonuna qədər seçmənin "sükanı arxası"nda olacaq.
Qeyd edək ki, Nagelsmann 2023-cü ilin sentyabrından Almaniya yığmasına rəhbərlik edir. Sözügedən çalışdırıcının əvvəlki müqaviləsinin müddəti bu ilin yayına qədər idi.