"Qalatasaray" başqanı Dursun Özbek klubun mayın 25-də keçiriləcək prezident seçkilərində postunda qalmaq uğrunda mübarizə aparacağını açıqlayıb.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, belə danışıb:
"Sizin qarşınızda bu şərəfi vəzifəyə yenidən namizəd olduğumu açıqlayıram. Yenə prezident seçilsəm, bacardıqlarımızın daha çoxunu əldə etmək üçün dayanmadan çalışacağam".
Qeyd edək ki, Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifədə olub.