"Barselona" bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə cavab matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, ötən gün İspaniyaya gələn Paris klubu üçün ötən gecə heç də sakit keçməyib.
"El Chiringuito TV"-nin məlumatına görə, kataloniyalı azarkeşlər gecə yarısı PSJ futbolçularının qaldığı otelin ərazisində atəşfəşanlıq ediblər.
❗FC Barcelona fans started the fireworks late last night, near the PSG hotel. pic.twitter.com/8BI1qAnJbw
— Managing Barça (@ManagingBarca) April 16, 2024
Xatırladaq ki, bir həftə əvvəl Paris klubunun azarkeşləri də oxşar davranışla yadda qalmışdılar.
Mirağa