15:37 16.04.2024 815

Bataqlıqdan çırtlayan ümid

Futbolumuzun dalana dirənən problemlərindən biri də uşaq futbolunun inkişaf etməməsidir. İllərdir təkrar-təkrar səslənən nöqsanlar, yazılan tənqidlər, verilən təkliflər, tövsiyələr və sair qulaqardına vurulub. Nəticədə nə yazsaq da, nə desək də  “çevir tatı, vur tatı” olub. Çünki dediklərimiz, qarşı tərəfin – AFFA-nı idarə edənlərin anladığı qədər başa düşülüb. Futbolun kütləviləşməsini, uşaq futbolunun inkişafını keyfiyyətdə yox, kəmiyyətdə görüblər. Az qala hər doğum evinin qarşısında dayanaraq doğulan oğlan uşağını, federasiyanın rəsmi saytında “x mininci futbolçu” başlığı ilə ictimaiyyətə muştuluqlayıblar. Gözümüz aydın! Nəticədə 16 il batdıqca batan futbolumuz aydınlığa çıxa bilmədi.

Nəhayət... Nəhayət gec də gəlsə, gəldi.

AFFA-da rəhbər dəyişikliyi yenidən ümidlərimizi çırtladıb. Könül istər ki, yeni komanda futbolumuzun “bənna”sı olsun. Bənnanın hörgüsünə isə atdığı təməlin möhkəmliyi ilə qiymət verilər.

Böyük futbolun da təməli uşaq futboludur. Uşaq futbolunda isə ciddi hiss olunan kadr problemi var. Hazırda ölkədə uşaq məşqçilərinin 70 faizi öz işinin məsuliyyətini anlamır. Böyük hissəsi isə heç bu sahənin mütəxəssisi deyil.

Düzdür, yaxşı məşqçilərimiz də var. Lakin nəzərə alsaq ki, onlardan gələcəkdə ulduz olacaq, milyonlar qazanacaq futbolçu tələb edirik, deməli, bu mütəxəssislərin də başqa qayğısı olmamalıdır. Fikirimi daha aydın ifadə edim, klublarımızda, akademiyalarımızda çalışan məşqçilərin əksəriyyəti  paralel olaraq pullu qruplarda da çalışırlar. Bəziləri, işdən sonra taksi, makler və sair kimi fəaliyyət də göstərir. Valideynin nüfuzu, pulu qarşısında əriyənlər, əyilənlər də “n” qədərdir.  Fikrimcə, ilk olaraq uşaq məşqçiləri ciddi şəkildə sertifikasiyadan keçirilməli, yüksək əməkhaqqı ilə təmin olunmalıdır.  As müəllimlərin yetişdirilməsi uşaq futbolunun inkişafı ilə paralel getməlidir. Bunun üçün AFFA ildə ən azı 1 dəfə uşaq futbolunda püxtələşmiş ölkələrdən, akademiyalardan mütəxəssislər dəvət edərək məşqçilərimizin inkişafına töhfə verməlidir. Birmənalı olaraq tələblərə cavab verməyən, savadsız məşqçilər proseslərdən kənarda qalmalıdır. ADBTİA -nın futbol məşqçiliyini bitirən hər bir məzunun arzusu uşaq futbolunda çalışmaq olmalıdır. Uşaq məşqçiliyi həm maddi, həm də prestij üçün arzulanan sahəyə çevrilməlidir.

Sadaladığım fikirlər, problemlər görüləcək işlərin hələ bir hissəsidir.

Bir tərəfdən də artıq islahatlara başlanılmalıdır. Bunun üçün AFFA-nın yeni kadrlara ehtiyacı var. Ola bilər ki, əcnəbi sevdalılarına, işbazlara yenidən münbit şərait yaransın. İnanaq ki, yeni idarəçilikdə təmsil olunanlar buna imkan verməz. “Əcnəbi qəti olmasın” demirəm. Faydalı olacaqsa, özündən sonra birini yetişdirəcəksə, niyə də olmasın?! İndiki halda, futbolumuza AZƏRBAYCANLI kimi yananlara ehtiyac daha böyükdür. Yuxarıda qeyd etdiyim kimi, təməl möhkəm və sağlam olmalıdır. Ümid edək ki, yeni AFFA rəhbərliyi işini bilən, peşəkar, yerli futbol adamlarının da xidmətindən yararlanaraq hörgüsünə başladıqları futbolumuzun təməlini möhkəm edərlər.

Qərar sizindir!

Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 Yanvar 1970
04:00

04:00

30 Aprel 2024
15:28

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

04:00

15:28

"Fire League": Qrup mərhələsi başa çatdı

15:10

Levandovski "Barselona"nın tarixinə düşdü

14:52

"Qarabağ"la son oyunlarımızı analiz edəcəyik" - Ağadadaş Salyanski

04:00

04:00

04:00

04:00

04:00

14:33

"İdmançılarımız avarçəkmədə elə nəticələr əldə edirlər ki..." - Elman Nəsirov

14:15

Ronaldo "Kruzeyro"nun səhmlərinin nəzarət paketini satdı - Növbədə "Valyadolid"dir

13:57

"Lester"dən tarixi rekord - "Mançester Siti"ni geridə qoydular

13:39

"Onlar "Arsenal"a qarşı möhtəşəm oynadılar" - Ançelotti 

13:21

"Zommerin belə çıxışı bizim üçün sürpriz olmadı" - Pyero Auzilio

13:03

Xavi Levandovskinin het-trikinə belə reaksiya verdi

12:46

"Milan"ın müdafiəçisinin gedib-getməyəcəyi dəqiqləşdi

12:10

"Liverpul"un yeni baş məşqçisi bu tarixdə açıqlanacaq - Rekord məbləğdə təzminat

11:51

"Bayern"ə "Mançester Siti" qədər hörmət edirik" - Valverde

11:33

"Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişdi

11:24

"Siti" möhtəşəm komandadır, ancaq onlar da ideal deyillər" - Bukayo Saka

11:07

"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatdı

10:48

PSJ Raşfordla bağlı qərarını verdi

10:29

"Real" Arissabalaqanın yerinə türk qapıçı alır - SON DURUM

10:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:48

Qızıl medal qazanan Azərbaycan şahmatçısı mükafatlandırıldı

09:25

ÇL: Yarımfinal Almaniyada start götürür - YENİLƏNİR

09:00

Güzəştsiz mübarizə intiriqanı bir az da artırdı – Tura baxış

08:30

"İndi deyə bilərəm ki..." - Levandovski son nöqtəni qoydu

01:25

"Barselona"dan inamlı qələbə

00:57

A Seriyasında tura darmadağınla yekun vuruldu

29 Aprel 2024
23:58

"Uembli"yə yollanmaq istəyirik, inamımız çoxdur" - Tuxel "Real"ı necə yenmək istədiklərini dedi

23:50

"Antalyaspor" darmadağına məruz qaldı

23:03

"Bayern" - "Real" matçının hakimləri bilindi

22:11

Rəşad Sadıqov "Araz-Naxçıvan"a məğlubiyyəti şərh etdi

21:50

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

21:15

"Liverpul"un qapıçısı komandanı Kloppla birlikdə tərk edəcək

20:55

MPL: "Zirə" "Araz-Naxçıvan"a uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X