"Arsenal" "Fiorentina"nın hücumçusu Duşan Vlahoviçin (Dusan Vlahovic) xidmətində maraqlıdır.
Fanat.Az xəbər verir ki, bu barədə futbol insayderi Canluka Di Martsionun "Twitter" səhifəsində yazıb.
London təmsilçisi qış "transfer pəncərəsi"ndə futbolçunu heyətində görmək istəyir. "Arsenal" 21 yaşlı serb futbolçu üçün 80 milyon avro verməyə hazırdır.
Qeyd edək ki, Vlahoviç cari mövsüm A Seriyasında 11 tura 8 qol vuraraq bombardirlər siyahısında ikincidir.
Emin