
Azərbaycan Atletika Federasiyasında (AAF) avqust–oktyabr aylarında məşqçilik kursları keçiriləcək.
Fanat.Az xəbər verir ki, informasiyanı qurumun mətbuat xidməti yayıb.
Avqustun 19-dan sentyabrın 1-dək xarici mütəxəssis tərəfindən sprint və sədlərlə qaçış üzrə təlim təşkil olunacaq.
Sentyabrın 21–24-də milli komandanın məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək. Oktyabrın 27–31-də isə Uşaq-Gənclər İdman Məktəblərinin atletika bölmələrində çalışan məşqçilər üçün yerli seminar təşkil ediləcək.
Qeyd edək ki, xarici mütəxəssislərin də cəlb olunacağı təlimlərin əsas məqsədi məşqçilərin bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir.