
"Kayserispor"un sabiq futbolçusu Antoni Uzodimma karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı cinah müdafiəçisi "Karvan-Yevlax" ilə müqavilə bağlamaq üzrədir.
Nigeriyalı oyunçu 2019-2025-ci illər aralığında müqavilə ilə "Kayserispor"a məxsus olub və bu komandanın sıralarında Türkiyə Super Liqasında 36 matça çıxaraq 2 qol vurub. O, icarə əsasında müxtəlif vaxtlarda "Giresunspor" və "Ankara Keçiörengücü"də də oynayıb. Uzoddimanın son iş yeri Şimali Kiprin "Yenoboğaziçı" kollektividir.
Toğrul