
Səudiyyə Ərəbistanı klubları Premyer Liqa ulduzlarını ovlamaqda devam edir.
Fanat.Az xəbər verir ki, "Əl-Hilal" "Çelsi"nin portuqaliyalı vingeri Pedro Netonun vəziyyətini diqqətlə izləyir.
London təmsilçisi isə 24 yaşlı futbolçusunu asanlıqla buraxmaq niyyətində deyil.
"Çelsi" Netonun transfer qiymətini tam 100 milyon funt-sterlinq olaraq müəyyənləşdirib.
Ərəb klubunun bu məbləği ödəyib-ödəməyəcəyi yaxın günlərdə bəlli olacaq.