Mərakeşin paytaxtı Rabatda stend atıcılığı üzrə 2023-cü il Dünya Kubokunun birinci mərhələsi keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanı təmsil edən Fuad Qurbanov və Regina Meftahətdinova dueti qarışıq cütlüklərdə 3-cü yer uğrunda dueldə Yunanıstandan olan rəqiblərinə uduzublar.
Yarışda ilk iki yeri isə ABŞ idmançıları tutublar.