Azərbaycan Avropa Oyunlarında ilk dəfə 10 atıcı ilə təmsil olunacaq.
Fanat.Az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.
İyulda idmançılarımızın bir neçə sınaq yarışlarında iştirak edəcəyini diqqətə çatdıran baş katib həmin ay gənclər arasında dünya çempionatının Koreya Respublikasında keçiriləcəyini və atıcılarımızın həmin yarışda gücünü sınayacağını deyib.
Qeyd edək ki, avqustda ölkəmiz atıcılıq üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarışda Paris-2024 Yay Olimpiya Oyunlarına 48 lisenziya imkanı olacaq. Olimpiadaya ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq.