Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən 3-cü Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəş açmada qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, ikiqat Avropa çempionu təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub.
Snayper 300 mümkün xaldan 292-ni toplayıb.
Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova isə trap yarışlarına start veriblər. İdmançılar təsnifat mərhələsinin 1-ci günündə uğursuz çıxış ediblər. 30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 19-cu, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 27-ci yeri tutub.
Həm Lunyov, həm də qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar.