Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Ölkə Birinciliyinin qalibləri müəyyənləşib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən gənc idmançılar səngər və dairəvi stend atıcılığı üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.
Oğlanlar arasında dairəvi stend atıcılığı üzrə 1, 2 və 3-cü yerləri müvafiq olaraq Abidin Əsədullayev, Aslan Qurbanov, Məhəmməd Teyyublu, qızlar arasında isə Daniyella Ulyanova, Cəmilə Paşayeva və Şölə Quliyeva tutub.
Səngər stendi atıcılığı üzrə oğlanlar arasında 1, 2 və 3-cü yerləri müvafiq olaraq Mürtəza Novruzlu, Kamil Mədətov, Cəlal Məmmədov, qızlar arasında isə Nərmin Cəfərova, Aylin Quliyeva və Həqiqət Cəfərova tutub.
Səngər stendi atıcılığı üzrə qarışıq komanda yarışının qalibləri 1, 2 və 3-cü yerləri müvafiq olaraq Cəlal Məmmədov / Aylin Quliyeva, Mürtəza Novruzlu / Nərmin Bədəlli və Mirzə Meybullayev / Nərmin Cəfərova cütlüyü tutub.
Dairəvi stend atıcılığı üzrə Ölkə Birinciliyi-də isə 1, 2 və 3-cü pillələri müvafiq olaraq Eldar Əjdərov / Daniyella Ulyanova, Murad Allahverdiyev / Cəmilə Paşayeva və Məhəmməd Teyyublu / Minayə Novruzova cütləri əldə edib.