Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) 2021 - 2024-cü illərdə keçiriləcək dünya çempionatlarının məkanlarını və 2021-ci ilin yarış təqvimini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
ISSF İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərara görə, gələn il keçiriləcək stend və güllə atıcılığı (tüfəng və tapanca) üzrə Dünya Kuboku Bakıya həvalə olunub. Yarışın oktyabrın ikinci yarısında keçirilməsi planlaşdırılır.
Dünya Kubokunda atıcılığın olimpiya növləri üzrə 12 ən yaxşı idmançının iştirakı planlaşdırılır. Bu, gələn ilin son yarışı olacaq.
Qeyd edək ki, bu il 22 iyun - 3 iyulda Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Kuboku koronavirus pandemiyası üzündən ləğv olunub.
Fanat.Az