Bu il Bakıda keçirilməsi planlaşdırılan güllə və stend atılıcılığı üzrə Dünya Kuboku ləğv edilib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) məlumat yayıb.
Xəbərə görə, bu qərara səbəb kimi Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və ölkə ərazisində yoluxmuş insanların sayının artması göstərilib. Bunlar nəzərə alınaraq, yarışın Bakıda təşkili uyğunsuz və təhlükəli hesab edilib.
Qeyd edək ki, Dünya Kuboku 21 iyun - 2 iyulda nəzərdə tutulmuşdu.
Fanat.Az