Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) yeni mövsüm üçün təqvimi açıqlanıb.
Fanat.Az xəbər verir ki, ilin reytinq turnirlərindən biri - güllə və stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışı Bakıda keçiriləcək.
Turnir 27 may - 9 iyun tarixlərində təşkil olunacaq.
Qeyd edək ki, ölkəmiz bunadək dəfələrlə Dünya Kuboku yarışlarına ev sahibliyi edib.
Sahib